Sevda Ələkbərzadə Elmira Rəhimovanın məşhur mahnısına klip çəkdirdi
Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə yeni klip çəkdirib.
APA TV-nin xəbərinə görə, musiqisi Elza İbrahimovaya, sözləri Dəmir Gədəbəyliyə məxsus, Elmira Rəhimovanın ifası ilə möhürünü vurduğu “Sən yadıma düşəndə” mahnısı bu dəfə yeni aranjemanda Sevda Ələkbərzadə tərəfindən təqdim olunub.
Əməkdar artist bu layihənin təsadüfən ərsəyə gəldiyini bildirib: “Mahnını sevirdim, amma ifa etmək fikrim yox idi. Ddostum Elruz Fətiyev ideya verəndə ki, bəlkə ifa edəsən, birinci yox dedim, çünki bir çoxları ifa edib. Adətən, mahnıları ifa edəndə çalışıram unudulan mahnıları ifa edim, yeni nəfəs verim. O da mənə dedi ki, onsuz da sən ifa edəndə mahnı yeni həyat alacaq. İfa elədim və inanılmaz dərəcədə sevildi bu mahnı”.
Sevda Ələkbərzadə tez-tez köhnə mahnılara müraciət edir. Amma heç vaxt mahnıya möhürünü vurmuş ifaçılardan icazə almır. Bu dəfə istisna olub: “Mən ifa etdiyim mahnılar üçün heç vaxt icazə almamışam. Çünki bunlar əslində bəstəkar mahnılarıdır. İcazə aldığın insan bəstəkar olmalıdır. Elmira xanıma o qədər böyük sevgim var ki, istədim onun xəbəri olsun. Görüşmədik. Bilirsiniz ki, səhhətində problem var. Amma mahnını dinləyib”.
Mahnıya klip də çəkilib. Rejissor Fərhad Əlinin çəkdiyi klipin təqdimatına incəsənət dünyasının tanınmış simaları qatılmışdı. Onlar həm mahnını, həm də klipi bəyəniblər.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA