Rəqqa əməliyyatı: Türkiyə, yoxsa Suriya kürdləri ilə? - PENTAQONDAN AÇIQLAMA
ABŞ generalı Türkiyənin və Azad Suriya Ordusunun Rəqqa əməliyyatında iştirakı ilə bağlı açıqlama verib.
APA TV-nin məlumatına görə, Tounsend Pentaqonda təşkil olunan toplantıya Bağdaddan videobağlantı ilə qoşulub.
General türk ordusunun müxaliflərlə birgə Əl-Babı almaqla İŞİD-ə böyük zərbə vurduğunu deyib: "Hələb bölgəsində İŞİD-in əlindəki son nöqtə olan Əl-Babın alınması ilə terror təşkilatına dəstək verilməsinin və terrorçuların birləşməsinin qarşısı alındı".
"Rəqqa əməliyyatına türk hərbçiləri qatılacaqmı?" sualına amerikalı general belə cavab verib: "Türk hərbçilərin əməliyyata qatılıb-qatılmayacağını özləri ilə müzakirə edirik. Sayları və iştirakları nə qədər olacağını bilmirəm".
Tounsend kürdlərin əməliyyata qatılmasını istədiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA