Bakıda yağış, rayonlarda qar yağacaq

Bakı və Abşeron yarımadasında martın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclü olacaq.

 

Havanın temperaturunun gecə 4-6 dərəcə isti,  gündüz 7-11 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz  8-10 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 1-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR