ABŞ-OPEK mübarizəsinin neftin qiymətinə təsiri - BAZARDA SON DURUM

Dünya bazarında "Brent" neftinin qiyməti 55-56 dollar arasında dəyişir. APA TV-nin məlumatına görə, neftin qiymətlərinə təsir edən əsas iki səbəb var.


Birincisi, OPEK-in neft hasilatını azaltmaqla bağlı fəaliyyəti neftin qiymətlərinə müsbət təsir edir. Kartelə üzv ölkələr və 11 qeyri-kartel ölkəsi neftin hasilatını dondurmaqla qiymətlərin bahalaşmasından əlavə gəlir əldə etmək istəyir.


ABŞ-ın neft hasilatının artması isə qiymətlərə təsir edən digər səbəbdir. Bu ölkədə neft hasilatı bir ilin ən yüksək səviyyəsindədir. Eyni zamanda ABŞ-ın neft ehtiyatları da artıb.

 

Bu iqtisadi mübarizə neftin qiymətlərində ciddi dəyişikliyin qarşısını alır.

 

Həftənin son satışlarında neftin qiymətində bahalaşma qeydə alınıb. "Brent" markalı neft 55,80 dollardan satılıb. WTİ nefti isə 53,23 dollardan təklif olunub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR