ABŞ-ın dövlət katibi Nalbandyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

ABŞ-ın dövlət katibi Reks Tillerson və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında telefon danışığı olub. APA TV-nin məlumatına görə, bu barədə Ermənistan XİN-in məlumatında deyilir. Məlumatda bildirilir ki, tərəflər münaqişənin sülh yolu ilə nizamlanması üzrə fikir mübadiləsi aparıblar.

 

"Söhbət zamanı Vyanada və Sankt-Peterburqda tərəflər arasında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi ABŞ-ın münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcəyini bildirib", - məlumatda deyilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR