Gəncədə 72 yaşlı kişi qatarın altında qaldı

Gəncə şəhər sakini ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb və xəstəxanada dünyasını dəyişib. APA TV-nin qərb bürosunun məlumatına görə, şəhərin Natəvan qəsəbəsində yaşayan 1945-ci il təvəllüdlü Hüseynov Hüseyn Müstəcəb oğlu ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Məlumata görə, qulağı ağır eşidən Hüseyn Hüseynov dəmir yol xəttini keçən zaman yıxılıb və qatar onun ayağının üzərindən keçib. Onun sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.

 

Həkimlərin səyinə baxmayaraq, 72 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Hüseyn Hüseynov Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR