Nazir: “Bakı-Tiflis-Qars layihəsi bölgənin qurtuluşudur”

"Bakı-Tiflis-Qars dəmir yolu layihəsi bölgənin qurtuluşudur". APA TV-nin məlumatına görə. bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bildirib. Nazir vurğulayıb ki, bu layihə bölgənin iqtisadi inkişafına ciddi təsir edəcək: "Bakı-Tiflis-Qars layihəsi artıq başa çatmaq üzrədir. Bu layihə həm Qarsın, həm də bölgənin qurtuluşudur. Təkcə bu layihə ilə kifayətlənmək olmaz. İğdırı Naxçıvana, İrana və Pakistana birləşdirəcəyik. İki gün öncə prezident Rəcəb Tayyib Ərdoğanla Pakistanda olarkən 10 ölkənin rəsmiləri ilə görüşlər keçirdik və görüşlərdə əsas diqqət Bakı-Tiflis-Qars və Qars-İğdır-Naxçıvan layihələrinə yönəlmişdi".

 

Nazir Əhməd Arslan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin yeni investisiya qoyuluşlarına səbəb olacağını bildirib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR