Azərbaycan MN: Son beş gündə düşmən 30 nəfərə yaxın itki verib
Uzun sürən sükutdan sonra Ermənistan Müdafiə Nazirliyi nəhayət ki, guya fevralın 28-də mühəndis işləri aparılarkən partladıcının detonasiya etməsi nəticəsində hərbi qulluqçularının yaralanması və onların Yerevandakı hərbi hospitala yerləşdirilməsi barədə qısa, heç bir rəqəm açıqlamadan bəsit məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə bildirilib ki, cəbhədəki real vəziyyətdən tamamilə uzaq, bu cür qeyri-obyektiv xəbərlər verməklə Ermənistanın hərbi qurumu ictimaiyyətin qəzəbindən yaxasını qurtarmağa cəhd göstərir.
Fevralın 25-dən martın 2-si tarixi də daxil olmaqla Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq qoşunlarımız tərəfindən müxtəlif istiqamətlərdə düşmənə qarşı görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin itkiləri ölən və yaralananlarla birlikdə 30 nəfərə yaxındır
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA