Göygöldə silah-sursat tapıldı

Göygöldə xeyli sayda silah-sursat tapılıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, rayon polis şöbəsinə Çaykənd kəndi ərazisindəki məişət tullantıları poliqonunda xeyli sayda silah-sursatın olması barədə məlumat daxil olub.

 

Dərhal əməliyyat qrupu sözügedən əraziyə baxış keçirib. Baxış zamanı oradan döyüş üçün yararlı odlu silah və onların patronları, alışqan maddələr və digər təhlükəli sursatlar aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR