Türkiyədə 38 nəfərin 2988 dəfə ömürlük həbsi tələb edilir
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd ilə bağlı aparılan əsas cinayət işinin istintaq tədbirləri yekunlaşıb.
APA TV-nin məlumatına görə, 15 iyul qiyamının əsas ssenarisini əks etdirən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının işğalı ilə bağlı ittihamnamə artıq tamamlanaraq məhkəməyə göndərilib.
2581 səhifəlik ittiham aktında 221 təqsirləndirilən şəxsi adı qeyd edilib. Həmin 221 nəfərdən 38-nə ittiham aktının yekununda 2988 dəfə ömürlük həbs cəzasının verilməsi tələb edilib. Onların arasındakı bir nömrəli şübhəli şəxs qismində isə FETÖ lideri Fəthullah Gülənin adı qeyd edilib.
İttiham aktına zərərçəkmişlərin siyahısı da əlavə edilib. Siyahıya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar da daxildir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA