Ağsuda yeni avtomobil yolunun tikintisi davam edir
Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi davam etdirilir.
“Azəravtoyol” ASC-dən APA TV-yə verilən məlumata görə, uzunluğu 29 km, eni əvvəllər 6 metr olan yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.
Yenidənqurma işləri çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilib. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edəcək.
Hazırda sözügedən ərazidə aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Ümumilikdə 170 min kv. m sahənin asfaltlanması nəzərdə tutulub.
Layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 110 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi və mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçirilir. Körpülərdən birinin eni 6, uzunluğu 9 m, digər 2 körpünün eni və uzunluğu isə 5 metr təşkil edir.
Qeyd edək ki, Ağsu rayonunun 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi həmin ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin 8 min nəfər əhali rayon mərkəzinə və Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxış əldə edəcəklər.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA