Səlim Müslümov: "Bütün pensiyalar Novruz bayramınadək veriləcək"
Fevral ayının pensiyaları ödənilən zaman pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi sərəncamına uyğun olaraq həmin sərəncamın icrası fevral ayında təmin olunub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, həm yanvar, həm də fevral ayı üçün artımlar fevral ayının pensiyaları ilə birlikdə pensiyaçılara ödənilib. Martdan da həmin artımlara uyğun pensiyalar ödəniləcək.
Nazir əlavə edib ki, Novruz bayramınadək bütün pensiyaların maliyyələşdirilməsi başa çatdırılacaq. Bununla əlaqədar bir neçə gün öncə DSMF rəhbərliyi ilə bu barədə müzakirələr aparılıb. "Hazırda vəsaitlərin artırılması istiqamətində tədbirlər görülür və buna uyğun olaraq çalışacağıq ki, Novruz bayramına qədər pensiyalar hesablara köçürülsün" - deyə Səlim Müslümov bildirib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA