Səlim Müslümov Sabirabadda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabad rayonunda 4 şəhər və rayonun sakinləri ilə görüşüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəbulda Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak edib.
Dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri, o cümlədən əlil arabası ilə təmin olunma, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, bərpa müalicəsinə köməklik göstərilməsi, sığorta və pensiya münasibətləri, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə əlaqədar vətəndaş müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.
Qəbul zamanı sorğu xarakteri daşıyan müraciətlərlə bağlı qanunvericiliyin müvafiq bəndləri vətəndaşlara ətraflı izah olunmaqla, bir sıra müraciətlərdə qaldırılan məsələlər yerindəcə həllini tapıb. Müraciətlərə əsasən 3 nəfər (o cümlədən 1 nəfər sağlamlıq imkanları məhdud uşaq və 2 nəfər əlilliyi olan şəxs) əlil arabaları ilə təmin ediliblər. Ayrı-ayrı şəxslərə yaşadıqları ərazi üzrə müəssisələrdə olan boş (vakant) iş yerləri təklif edilib və onlar üçün münasib olan iş yerlərinə göndərişlər verilib.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA