Həftənin son məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı martın 3-ü üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, dolların rəsmi məzənnəsi möhkımlənərək 1,7548 manat səviyyəsində müəyyən olunub.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası artaraq 1,8460 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1527 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.

 

Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi isə ucuzlaşıb. Hazırda 1000 rubl 29 manat 99 qəpik, 100 lirə 47 manat 08 qəpik, 100 lari isə 70 manat 76 qəpikdir.
 

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR