Obama siyasətə qayıdır? - TRAMPA QARŞI QİSAS KAMPANİYASI
Hazırda ABŞ-da ölkənin taleyindən daha çox prezident Donald Trampın taleyinin necə olacağı, daha doğrusu prezidentə qarşı mübarizənin necə təşkil olunacağı geniş müzakirə mövzusudur.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu istiqamətdə növbəti bəyanat ABŞ-ın sabiq baş prokuroru Erik Holderdən gəlib. Belə ki o, sabiq prezident Barak Obamanın Amerika siyasi səhnəsinə qayıtmağa hazır olduğunu bəyan edib.
O bildirib ki, ABŞ-ın məğlubiyyətlə barışmayan keçmiş elitası nəinki siyasi arenaya geri dönməyə hazırlaşır, hətta bunu özünün başlıca vəzifəsi elan edib. E. Holder sabiq prezidentin siyasətə qayıdışını demokratiya uğrunda mübarizə kimi dəyərləndirib.
Bu məqsədlə yeni mübarizə üsulu seçən demokratlar oyunu artıq özlərinin yeni ideya və proqramları üzərində deyil, prezident Donald Trampa qarşı “qarayaxma” kampaniyası aparmaqla qurmağa hazırlaşır. Bu məqsədlə demokratlar tərəfindən səslənən bəyanatların çoxu da rəqibin məğlubiyyəti üzərində qurulur ki, bu da Amerikan cəmiyyətinə ciddi şəkildə təsir göstərir.
Demokratların öhdəsindən gəlməli olduğu vacib məsələlərdən biri də Konqres üzərində nəzarətin yenidən bərpası, bundan da Ağ Evin iqtisadi və sosial qanunvericilik təşəbbüslərinə nəzarət üçün istifadə olunmasıdır.
Keçiriləcək növbəti seçkilərdə qələbəni isə səslərin hesablanmasında tətbiq olunacaq yeni sistem təmin edə bilər. Bu məqsədlə demokratlar ABŞ-ın seçki xəritəsini, əgər lazım gələrsə, dairələrin sərhədlərini dəyişdirmək yolunda hər şeyə hazırdır.
Bu işə sabiq vitse-prezident Co Bayden də qoşula bilər. Barak Obamanın isə diqqəti partiya komitəsi üçün vəsait toplanmasına yönəldəcəyi gözlənilir.
Donald Trampa gəlincə o, Ağ Evdən müəyyən məlumatların sızması, habelə onun bir prezident kimi nüfuzdan salınmasında bir vaxtlar Barak Obama ilə birlikdə çalışan bəzi şəxsləri ittiham edib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA