Şoyqu Putini məlumatlandırdı: "Palmiranı aldıq"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putini Suriyanın Palmira şəhərinin İŞİD-dən təmizləndiyi barədə məlumatlandırıb. APA TV-nin Rusiya mediasına istinadən verdiyi məlumata görə, Əsəd ordusu rus aviasiyasının dəstəyi ilə terrorçuları şəhərdən çıxarıb.

Kremldən xəbər təsdiqlənib.

Xatırladaq ki, Palmira dünyanın qorunub saxlanan antik şəhərlərindən biridir. Şəhər 2015-ci ildə İŞİD-in əlinə keçsə də bir ildən sonra Suriya ordusu Rusiya hərbi kontingentinin dəstəyi ilə Palmiranı geri alıb. Amma həmin ilin ortalarında terrorçular hücum edərək yenidən oranı nəzarətə götürə biliblər.

İŞİD Palmirada onlarla antik abidəni məhv edib.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR