Cəlilabadda torpaq sürüşməsi yenidən aktivləşib
Cəlilabadda torpaq sürüşməsi yenidən aktivləşib. APA TV-nin cənub bürosunun məlumatına görə, bəzi yaşayış evləri üçün təhlükə yaranıb.
Dağlıq ərazilərdə qarın sürətlə əriməsi rayondakı sürüşməyə meylli olan zonalarda aktivliyi artırıb. Bu, daha çox Sadatlı kəndindəki Yeddi Bulaq adlanan ərazidə müşahidə olunur. Bəzi evlərin həyətlərində torpaq sürüşməsi nəticəsində iri çatlar əmələ gəlib. Kənd sakinlərinin sözlərinə görə, qar suları dolduğundan bu çatlar daha da genişlənir.
Digər təhlükə isə təpəlik ərazilərdə özünü büruzə verir. Həmin ərazilərdə sürüşən iri torpaq layları evlərə doğru hərəkət etməsi hər an təhlükə yaradır.
Ötən gün kənd sakinləri tərəfindən sürüşmə ilə bağlı rayon Fövqəladə Hallar Komissiyasına məlumat verilib. Komissiyadan verilən məlumata görə, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndəriləcək və həmin əraziyə mütəxəssislər cəlb olunacaq. Mütəxəssislərin rəyindən sonra lazımi tədbirlər görüləcək.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA