Trampın komandasında növbəti istefa təhlükəsi - RUS SƏFİRƏ GÖRƏ

ABŞ-ın baş prokuroru Ceff Seyşns ötən il seçkiqabağı kampaniya zamanı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə iki dəfə görüşüb.

 

APA TV-nin məlumatına görə, bu barədə “Washington Post” qəzeti yazıb.

 

Məlumata əsasən, ötən ilin sentyabrında Senat üzvü olan Ceff Seyşns öz ofisində Rusiya səfirini qəbul edib. Bundan əvvəl Ceff Seyşns və Sergey Kislyak iyulda görüşüblər. Konqresdə baş tutan dinləmələrdə Rusiya nümayəndələri ilə ünsiyyətdə olmasına dair sualı cavablandıran Ceff Seyşns bunu təkzib edib.

 

Xəbər yayılandan sonra demokrat vəkillər Seyşnsin istefasını tələb edib.

 

Qeyd edək ki, fevralın 14-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, general Maykl Flinn istefa verib. Buna səbəb onun Sergey Kislyakla telefon söhbətləri barədə prezident Donald Trampı tam məlumatlandırmamağı olub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR