Trampın çıxışı “Oskar”ı geridə qoyub

ABŞ prezidenti Donald Trampın Konqresdəki nitqi “Oskar” mükafatının təqdim edilməsi mərasimini reytinqdə qabaqlayıb. Bu barədə “Nielsen” reytinq şirkətinin məlumatında bildirilir.

 

Ötən gün Donald Trampın Konqresə müraciətini təxminən 43 milyon, fevralın 26-da keçirilən "Oskar” mükafatlarının təqdimat mərasimini isə 32,9 milyon tamaşaçı izləyib.

 

Qeyd olunur ki, bir çox digər çıxışlarından fərqli olaraq, Trampın Konqresdəki nitqi ictimai rəy və mətbuat tərəfindən müsbət qarşılanıb.

 

“Oskar”  Amerika və dünya kinematoqrafiyasının ən nüfuzlu mükafatı sayılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR