ABŞ-da tornado: ölənlər var

ABŞ-ın İllinoys və Missuri ştatlarında baş verən güclü tornado nəticəsində üç  nəfər ölüb.

 

Missuri ştatında bir sıra avtomobil yolları bağlanıb. Təbii fəlakət üzündən Missuri ştatında 100-dən çox bina tam və yaxud qismən uçub, güclü külək İndiana ştatında 30 min yaşayış evini elektrik enerjisiz qoyub. 

 

Davam edən tornado Texas və Ohayo ştatlarında yaşayan 45 milyon sakinə təhlükə kəsb edir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR