Lənkəranda İsveçrə pendiri istehsal oluna bilər

İsveçrə səfiri Lənkəranda səfərdə olub. İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri Filip Ştalder  əvvəlcə İcra hakimiyyətinin rəsmiləri ilə görüşüb. Səfirə rayonun turizm potensialı, tarixi abidələri, sosial-iqtisadi inkişafı, əhalinin məşğulluğu barədə ətraflı məlumat verib. Görüşdən sonra səfirə Lənkəranın sitrus bağlarını gəzib, Heydər Əliyev mərkəzində Xocalı faciəsini əks etdirən sərgi ilə tanış olub, Tarix-diyarşunaslıq muzeyindəki tarixi eksponatlara baxıb.

 

Filip Ştalder, İsveçrə səfiri: “Mən burda sitrus plantasiyalarında oldum. Əvvəllər görmədiyim meyvələr burda çox innovativ yolla və xüsusi texnika ilə yetişdirilir. Təmsil etdiyim ölkə həm aqrar sahədə, həm xüsusi texnologiyalar sahəsində təcrübəsi olan bir ölkədir. Hesab edirəm ki, ölkələrimiz bu sahədə əməkdaşlıq edə bilər”.

 

Lənkəranda İsveçrə pendiri istehsalı üçün rayon rəsmiləri səfirə müraciət edib. Onlar  İsveçrədən cins heyvanları  Lənkərana gətirməklə  ondan alınan süd və sınaqdan keçmiş müasir avadanlıqlarla buna nail olmaq niyyətindədirlər.

 

Filip Ştalder, İsveçrə səfiri: “Əlbəttə, İsveçrə pendir sahəsində çox böyük təcrübəyə malik bir ölkədir və bizim dünyaca məşhur pendirlərimiz var. Təbii ki, çox maraqlı bir təklifdir. Hesab edirəm bizim təcrübəni bölüşmək üçün burada imkanlar var. Mən dərhal vədlər vermək istəmirəm. Amma səfir kimi gələcəkdə bu sahədə əlimdən gələni edəcəm”

 

Filip Ştalder Lənkərandan sonra Masallı rayonuna səfər edəcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR