Mehriban Əliyeva: “Milli Məclisdə öz fəaliyyətimi dayandırmalıyam”

“Mən yeni vəzifəyə təyin edildiyimə görə Azərbaycan Respublikasının Milli Məclisində öz fəaliyyətimi dayandırmalıyam”. Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkan qəsəbəsinin sakinləri ilə görüşündə deyib. Mehriban Əliyeva bildirib ki, 2005-ci ildən üç çağırış Milli Məclisdə seçicilərin dəstəyi ilə fəaliyyət göstərib.

 

“Bütün bu 12 il ərzində çalışmışam ki, öz fəaliyyətimlə sizin etimadınızı doğruldum. Eyni zamanda, mən böyük fəxr hissi ilə qeyd etmək istəyirəm ki, bu müddət ərzində hər zaman sizin diqqətinizi, dəstəyinizi, sevginizi, hörmətinizi hiss etmişəm. Bu illər ərzində əldə etdiyimiz nailiyyətlər, uğurlar məhz buna görə reallaşıb. Bu, məhz bizim birgə fəaliyyətimizin, birgə olmağımızın nəticəsidir. Mən Xəzər rayonunun bütün sakinlərinə, mənə inanan insanlara minnətdarlığımı bildirirəm”.

 

Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, bu illər ərzində Xəzər rayonunun inkişafı üçün bir çox işlər görülüb, nailiyyətlər əldə edilib. Qəsəbələrdə 42 yeni məktəb tikilib, 24 uşaq bağçası, 16 internat evi və məktəbi təmir olunub, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid, qəsəbələrin yolları yenidən qurulub, elektrik xətləri, qaz boruları çəkilib. Mehriban Əliyevanın sözlərinə görə, bu işlər ölkədə aparılan quruculuq, abadlıq, islahatlar prosesinin tərkib hissəsidir.v

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR