Binəqədidə təkər oğruları tutuldu

Binəqədi polisi avtomobil təkərlərini oğurlayan şəxsləri həbs edib.

 

APA TV-nin məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş rayon ərazisindən ona məxsus "Hyundai Elantra" markalı minik avtomobilinin 4 ədəd təkərinin oğurlandığını bildirib.

 

Daxil olan müraciət əsasında əməliyyat axtarış tədbirlərinə başlayan Binəqədi RPİ-nin  əməliyyatçıları tez bir zamanda həmin oğurluq hadisəsini törədən şəxsləri müəyyən edərək saxlayıblar. Onlar paytaxt sakinləri - 24 yaşlı Əflatun Xəlilov və 32 yaşlı Babək Ağali oğlu Mirzəyevdir.

 

Hər 2 şəxs dindirilərkən törətdikləri oğurluq cinayətini etiraf ediblər. Oğurlanan təkərlər Babək Mirzəyevin həyətindən götürülərək sahibinə qaytarılması üçün 5-ci polis bölməsinə gətirilib.

 

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR