Cocuq Mərcanlının bərpasına könüllü dəstələr yola düşür
"Keçən ilin aprel ayında Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qələbə əldə edib, torpaqların bir hissəsi işğaldan azad edilib".
APA TV-nin məlumatına görə, bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov təşkilatın qərargahında keçirilən mətbuat konfransı zamanı deyib.
O bildirib ki, ordumuzun aprel qələbələrindən sonra partiyanın Nəsimi rayon Gənclər Birliyinin fəalları bu günlərdə quruma Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasında iştirak üçün könüllü dəstələr təşkil olunması təşəbbüsü ilə müraciət edib. Birlik sədri formalaşdırılacaq 40-60 nəfərlik inşaat dəstələrinin mart ayından etibarən Cocuq Mərcanlıya ezam olunaraq istər tikinti, istərsə də abadlıq işlərinə cəlb olunacağını qeyd edib. YAP Gənclər Birliyinin sədri Seymur Orucov bunun vətəndaşlıq bprcu olduğunu bildirib: "Biz orada nəzərdə tutmuşuq ki, geniş planda təmizlənmiş ərazilərdə iməcilik işləri də həyata keçirək ki, ətrafdakı yerləri də təmizləyək. Dediyimiz kimi, dövlətimiz tərəfindən vəsait ayrılıb, hökumətimiz bu işləri görür, amma bu, bizim vətəndaşlıq borcumuzdur".
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bu gün Azərbaycanda çox vətənpərvər və cəsur gənclik formalaşdığını vurğulayıb: "Azərbaycan gəncliyi aprel döyüşlərində bir daha sübut etdi ki, o vətəninə, dövlətinə necə xidmət edir. O, Ali Baş Komandanın əmrinə necə müsəlləh əsgər olaraq 24 saat hazırdır".
Tədbir jurnalistlərin sualları ilə davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA