ATƏT cəbhə xəttində monitorinq keçirdi
Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq cəbhə xəttində monitorinq keçirilir.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Quzanlı qəsəbəsinə gələn beynəlxalq qonaqlar Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşüblər.
Raqub Məmmədov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberqlə görüşdə cəbhə xəttinə yaxın yaşayış məntəqələrində yerli əhalinin qarşılaşdığı çətinliklər və həyatlarının daima təhlükə altında olduğu barədə məlumat verib.
Bildirilib ki, sonuncu dəfə monitorinq keçirildiyi gündən - 8 dekabr 2016-cı ildən bu günədək Ermənistan Silahlı Qüvvələri atəşkəsi 327 dəfə pozub, dinc əhalinin yaşadığı kəndləri ağır artilleriya qurğularından atəşə tutub. Təsərrüfatda çalışan kəndlilər dəfələrlə erməni hərbçilərin atəşinə məruz qalıb. Rayonun Ayaq Qərvənd kəndinin atəşə tutulması nəticəsində Mehman Məmmədova məxsus 3 baş xırdabuynuzlu heyvan tələf olub. Cəbhə xətinə yaxın yaşayış məntəqələrindən olan Hacıməmmədli kəndində yaşayan Nuridə Məmmədovaya məxsus ot tayasına düşən yandırıcı güllə 1500 ədəd ot bağlamasının yanmasına səbəb olub.
Görüşdən sonra qonaqlar rayonun Çəmənli kəndinə gedərək cəbhə xəttində müşahidələr aparıblar. APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, monitorinq insidentsiz başa çatıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA