Tramp: "İsraillə müttəfiqliyimiz sarsılmazdır"
"İsraillə müttəfiqliyimiz sarsılmazdır". APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu açıqlamanı ABŞ prezidenti verib.
Donald Tramp Konqresin hər iki palatası qarşısında çıxış edib: "Mən bəzi şəxslərə və təşkilatlara qarşı sanksiyaları İranın nüvə sınaqlarını dəstəklədikləri üçün tətbiq etmişəm".
Prezidentliyinin 40-cı günündə Tramp bir daha İŞİD-ə qarşı mübarizənin gücləndirilməsini önə çəkib. O, NATO ilə bağlı fikirlərini də açıqlayıb: "Biz NATO-nu birmənalı olaraq dəstəkləyirik. Alyans iki müharibədən - faşizmə və kommunizmə qarşı "soyuq müharibə"dən qələbə ilə, alnıaçıq çıxıb".
Tramp bildirib ki, NATO-dakı müttəfiqlər onun alyansın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi maliyyə məsələlərini nəzərdə tutan təklifini dəstəkləməyə başlayıblar.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA