Neftin qiyməti 56-57 dollar ətrafında sabitləşir

Birjalarda neft öz dəyərini qorumaqda davam edir. APA TV-nin xəbərinə görə, “Brent” markalı neftin qiyməti 56-57 dollar aralığında sabitləşib. Səhər seanslarında bu markadan olan neftin bir bareli 56,62 dollardan satılıb.

 

Qərbi Texas nefti də dəyər qazanır. Gecə seanslarında WTİ neftinin qiyməti 54 dollardan aşağı düşməyib, səhər keçirilən hərraclarda qiymət 54,13 dollara kimi artıb.

 

İki marka arasında fərqin artması ABŞ-ın neft bazarına təsirinin zəiflədiyini göstərir.

 

Bu gün Birləşmiş Ştatların neft ehtiyatlarının həcminə dair rəsmi hesabat açıqlanacaq. Ölkədə qaya nefti hasil edən buruqların sayının maksimuma çatması ehtiyatların həcminin 8-ci həftə ard-arda artacağını göstərir. Buna rəğmən fevral ayında ABŞ-da hasilatın artması bazara əvvəlki səviyyədə təsir göstərə bilməyib, Bu tendensiyanın mart ayında da davam edəcəyi gözlənilir. İnkişaf etmiş ölkələrdə və Cənub-Şərqi Asiya regionunda neftə tələbatın nisbətən artması “qara qızıl”ın ucuzlaşmasına imkan vermir. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR