Saakaşvili Ukraynada partiya təsis etdi
Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili yeni partiya təsis edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.
M.Saakaşvili "Yeni Qüvvələr Hərəkatı" adlandırılan siyasi təşkilatın artıq Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini qeyd edib. O, partiyasının ölkədə tamamilə yeni siyasi mühit formalaşdıracağını da bildirib.
Qeyd edək ki, fevralın əvvəlində sabiq qubernator Ukraynanın Avropanın fövqəlgücünə çevrilməyə məhkum olduğunu, yaxın 15 il ərzində dünya siyasi arenasının aparıcı oyunçusuna çevriləcəyini bəyan etmişdi.
OXŞAR XƏBƏRLƏR
17:05
896
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1001
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1010
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1171
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1242
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1761