Ollandın çıxışı zamanı snayper atəşi: yaralılar var

Fransanın Şaranta departamentində prezident Fransua Ollandın iştirakı ilə keçirilən tədbirdə baş verən silahlı insident nəticəsində iki nəfər yaralanıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə təhlükəsizliyi təmin edən snayperin xidməti silahından təsadüfən atəş açılıb, nəticədə iki nəfər yaralanıb.  

 

İnsident Fransua Ollandın Tur və Bordo şəhərlərini birləşdirəcək yüksəksürətli qatarlar üçün yeni dəmiryolu xəttinin açılış mərasimində çıxışı zamanı baş verib.   

 

“Ümid edirəm, qorxulu heç nə baş verməyib”, - deyə Olland bildirib.   

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR