Dövlət başçıları görüşdü: Azərbaycan Pakistandan müasir silahlar alacaq
Azərbaycan prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynlə təkbətək görüşü olub.
APA TV-nin məlumatına görə, görüşdə 2015-ci ildə Məmnun Hüseynin Azərbaycana səfəri məmnunluqla xatırlanıb, Pakistan prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıdığını bildirilib.
Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanla Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyətli mövqe göstərdikləri, Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal edəcəyi vurğulanıb.
Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr, regional təhlükəsizlik və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonra görüş geniş tərkibdə davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA