Mikayıl Müşfiqin büstünü sökən "Azəravtoyol" ASC-nin əməkdaşları cəzalandırıldı
Bakıda görkəmli şair Mikayıl Müşfiqin büstünün qanunsuz olaraq götürülməsi ilə əlaqədar bəzi şəxslər cəzalandırılıb. APA TV-nin məlumatına görə, “Azəravtoyol” ASC-dən xəbər təsdiqlənib.
Qurumun mətbuat katibliyinin rəisi Anar Nəcəfli bildirib ki, həmin ərazidə aparılan təmir işləri zamanı 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin iş icraçısı rəhbərliyə məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb. Bununla da üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə, Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilib.
Həmçinin, 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru üzərilərinə düşən vəzifələrini yerinə yetirməyərək layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər. Bu səbəbdən MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, baş mühəndis Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.
“Azəravtoyol” ASC bununla bağlı vaxtında ictimaiyyətə və KİV-ə məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə üzr istəyib.
Xatırladaq ki, prezident İlham Əliyev məsələ ilə bağlı ciddi tapşırıq verib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA