200 otaq, 25 şahzadə, 450 ton baqajla - SƏUDİYYƏ KRALI SƏFƏRƏ ÇIXIR

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əl-Səud 1-9 mart tarixləri arasında İndoneziyaya səfər edəcək.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, səfər zamanı kralı 25 şahzadənin müşayiət etməsi nəzərdə tutulub. Bundan əlavə onun təhlükəsizliyini 1500 mühafizəçi təmin edəcək.

 

Səfərin daha bir maraqlı cəhəti nümayəndə heyətinin baqaj həcmi ilə bağlıdır. Belə ki, kral ailəsinin baqajı 450 ton ağırlığındadır.

 

Kralın İndoneziyaya səfəri daha bir unikal faktla əlamətdardır. Belə ki, bu, 70 il sonra Səudiyyə Ərəbistanından İndoneziyaya kral səviyyəsində edilən ilk ziyarət olacaq.

 

Yüksək səviyyəli nümayəndə heyətinin səfərinə paytaxt Cakarta da ciddi hazırlaşır.  Kralın səfəri zamanı paytaxtda təhlükəsizliyi 1500 polis əməkdaşı təmin edəcək. Nümayəndə heyətinin yerləşdirilməsi məqsədlə şəhərdəki dörd mehmanxanada ümumilikdə 200 otaq ayrılıb. Onların bir gecə üçün qiyməti isə 150 dollar təşkil edir. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR