Türk ordusu Əl-Babda hərbi baza qurdu

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında hərbi baza qurub. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hərbi baza İŞİD-dən təmizlənən Əl-Bab şəhərinin yaxınlığındakı strateji yüksəklik olan Akil Təpəsində qurulub.

Bu addımın Əl-Baba tam hakim olmaq və şəhərə nəzarətin əldə saxlanması üçün atıldığı bildirilir.

Hərbi bazadan ağır texnikanın park ərazisi kimi də istifadə ediləcək. Türkiyənin davam etdirmək istədiyi "Fərat qalxanı" əməliyyatı zamanı xəsarət görə biləcək hərbi texnikanın burada təmir ediləcəyi qeyd olunur.

Akil Təpəsindəki bazanın bundan öncə Dabıkda qurulan baza qədər böyük olmadığı vurğulanır.

Baza qurularkən bölgədə təhlükəsizliyi təmin etmək məqsədilə xidmət edən üç türk əsgəri yaralanıb.
 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR