Şabranda torpaq sürüşməsi: 5 ev qəzalı vəziyyətə düşdü
Şabran rayonunda torpaq sürüşməsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, rayonunun Qazbabalı kəndi ərazisində fevralın 23-dən 24-ə keçən gecə baş verən torpaq sürüşməsi nəticəsində 5 ev yararsız vəziyyətə düşüb.
30 hektar ərazini əhatə edən təbii fəlakət zamanı xəsarət alan olmasa da, sakinlərin təsərrüfatlarına ziyan dəyib.
Qəzalı vəziyyətə düşən 5 evdə ümumilikdə 30-a yaxın sakin yaşayırdı. Hazırda həmin evlərdə yaşamaq mümkün olmadığından, ailələr qohumlarının evlərində məskunlaşıb. Təbiət hadisəsi evlər, yardımçı binalarla yanaşı, təsərrüfatçıların örüş sahələrinə və bağlarına da ciddi ziyan vurub. Elektrik naqillərinin sıradan çıxması nəticəsində kəndə enerjinin verilməsində məhdudiyyət yaranıb.
Artıq aidiyyəti qurumların əməkdaşları sürüşmə baş verən əraziyə baxış keçirib. Evlərə dəymiş ziyanla bağlı akt tərtib olunub.
Qazbabalı kəndi rayon mərkəzindən 12 kilometr məsafədə yerləşir. Kənddə 70-ə yaxın ev var.
OXŞAR XƏBƏRLƏR
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ