Şəhid Zülfü Qədimov Beyləqanda torpağa tapşırıldı

Fevralın 24-dən 25-nə keçən gecə Azərbaycan Ordusunun şəhid olan 5 hərbi qulluqçusundan biri - Zülfü Rəhim oğlu Qədimov bu gün Beyləqan rayonunda torpağa tapşırılıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayon ərazisindəki Həzrəti Cərcis Peyğəmbər türbəsinin yaxınlığında dəfn olunan şəhidi döyüşçü yoldaşları, doğmaları, ictimaiyyət nümayəndələri son mənzilə yola salıb.

 

Ağdam rayonundan məcburi köçkün düşüb Beyləqanda məskunlaşan Qədimovlar ailəsinin ikinci övladı olan 1988-ci il təvəllüdlü Zülfü Qədimov 10 ilə yaxın Azərbaycan Silahlı Qüvvələrində xidmət keçib.

 

Yaylım atəşindən sonra şəhid hərbçi torpağa tapşırılıb. Şəhidin tabutu üzərinə çəkilmiş Azərbaycan bayrağı atasına təqdim edilib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR