Trampın "müsəlman qadağası" ABŞ 185 milyon dollara başa gəldi
Donald Trampın müsəlman ölkələrindən olan insanların ABŞ-a girişinə qadağa qoyması artıq ölkə büdcəsinə zərər vurmağa başlayıb.
APA TV-nin "Huffington Post"a istinadən verdiyi məlumata görə, Beynəlxalq Turizm İşləri Assosiasiyası bu rəqəmin 185 milyon dollara çatdığını qeyd edib.
ABŞ-ın yeni prezidentinin yanvarın 27-də imzaladığı fərmandan sonra ölkəyə işgüzar səfərlərin sayı azalıb, turizm sahəsində isə ciddi geriləmə müşahidə olunur. Trampın prezident kimi fəaliyyətə başlamasından sonra ABŞ-la digər ölkələr arasında işgüzar səfərlər 2 faiz aşağı düşüb.
Beynəlxalq Turizm İşləri Assosiasiyasının proqnozuna görə, işgüzar səfərlərin 1 faiz azalması il ərzində ABŞ-da 71 min iş yerinin bağlanması və ÜDM-in 5 milyard dollar azalması deməkdir. Ekspertlər hesab edir ki, 7 müsəlman ölkəsindən olan şəxslərin ABŞ-a girişinə məhdudiyyət qoyulması təkcə Los-Ancelesin turizm büdcəsinə 3 il ərzində 736 milyon dollar zərər vura bilər.
OXŞAR XƏBƏRLƏR
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ