Şəhidin hərbçi qardaşları: "Bu qisas yerdə qalmayacaq!"
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbçi Şahlar Yaşar oğlu Nəzərov dəfn edilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, 27 yaşlı şəhid bu gün doğulduğu Yardımlı rayonunun Peştəsər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Müəllimi Eynullah İsmayılov Şahları heç vaxt unutmayacaqlarını bildirib: "Bütün şəhidlərin ruhu başı qarşısında baş əyirik. Təbii, torpaq uğrunda ölən varsa, vətəndir".
Şəhidlə vida mərasimində Müdafiə Nazirliyinin təmsilçiləri, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin tabutunun üzərindəki üçrəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub.
Hazırda şəhidin iki qardaşı vətən torpaqlarının müdafiəsindədir. Fərhad Nəzərov qardaşına layiq olmağa çalışacaqlarını söyləyib: "Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qardaşım da onların içində. İnşallah, yerləri cənnət olar, heç birinin qisası yerdə qalmaz. Mən də qardaşımın yolunu davam etdirirəm. İnşallah, ona layiqli qardaş olaram".
İsgəndər Nəzərov isə şəhidlərin qanının yerdə qalmayacağını vurğulayıb: "İnşallah, işğal olunan torpaqlarımız tez bir zamanda azad edilər. Bayrağımızı Şuşaya, Laçına sancarıq. Bunların heç birinin qisası yerdə qalmaz".
Şəhidimiz yaylım atəşi ilə son mənzilə yola salınıb.
Qeyd edək ki, Şahlar Nəzərov 7 ay öncə ailə həyatı qurub, 2 ay sonra ata olacaqdı.
OXŞAR XƏBƏRLƏR
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ