İsrailin müdafiə naziri: “İrana qarşı koalisiya yaratmalıyıq”

Yaxın Şərqin loyal dövlətləri İrana qarşı koalisiya yaratmalıdır. APA TV-nin məlumatına görə, bu bəyanatla İsrailin müdafiə naziri Aviqdor Liberman çıxış edib.

 

“DieWelt” nəşrinə müsahibə verən Liberman deyib ki, Yaxın Şərq ölkələri hazırda əsas təhlükənin İrandan qaynaqlandığını dərk edirlər. “Terrora qarşı Yaxın Şərqin bütün loyal dövlətlərinin iştirakı ilə formal koalisiya yaratmağın vaxtı çatıb. Bu terrorun müsəlmanlara, xristianlara, yaxud yəhudilərə qarşı yönəldiyinin artıq fərqi yoxdur” deyə Liberman əlavə edib.

 

İsrailin müdafiə naziri hesab edir ki, bu koalisiya ilk növbədə öz üzvlərini müdafiə etməlidir. Liberman koalisiyaya daxil olacaq ölkələrin İrana qarşı sanksiya tətbiq etməli olduğunu deyib. O əlavə edib ki, öz mövcudluqlarını qorumaq üçün İsrailin ərəb dövlətlərinə deyil, ərəb ölkələrinin İsrailə daha çox ehtiyacı var. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR