Baxçalı: "Səbr tükənir, ermənilər Qarabağdan çıxmalıdır"

“Atəşkəsi pozan, pozuntulara yol açan təqsirkar Ermənistandır”.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat partiyasının sədri Dövlət Baxçalı deyib.

 

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb, Türkiyənin də iştirak etdiyi ATƏT-in Minsk qrupu ədaləti təmin edə bilməyib: “Artıq zaman daralır, səbr tükənir. Ermənistan Azərbaycan torpaqlarından dərhal çəkilməlidir. Türk millətinin ürəyi Dağlıq Qarabağda döyünür. 25 il əvvəl Xocalıda itirdiyimiz qardaşlarımıza Allahdan rəhmət diləyirəm”.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR