Alleqrovanın İrəvan konsertinin ləğvi ermənilərin itkiləri ilə bağlıdır? - AÇIQLAMA

Rusiyanın tanınmış müğənnisi İrina Alleqrovanın İrəvan konserti səbəb göstərilmədən təxirə salınıb.

 

APA TV-nin məlumatına görə, bu barədə konsertin təşkilatçısı olan "Forpostart Production" şirkəti məlumat yayıb.

 

Şirkətin açıqlamasında bildirilir ki, İrina Alleqrovanın konserti texniki səbəblərdən baş tutmayacaq: “Yaranmış vəziyyəti anlayışla qarşılayacağınızı xahiş edir və ümid edirik ki, İrina Alleqrovanın İrəvan tamaşaçıları ilə görüşü yaxın zamanlarda baş tutacaq”.

 

Xatırladaq ki, Alleqrovanın konsertlərini təşkil edən bu şirkətin baş direktor və prodüseri milliyyətcə ermənidir. Erməni forumlarında və sosial şəbəkələrdə Alleqrovanın İrəvan konsertinin təxirə salınmasını Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində çoxlu sayda itki verməsi ilə əlaqələndirirlər. Alleqrovanın pərəstişkarları hesab edir ki, İrəvan və digər şəhərlərdə çoxlu sayda dəfn mərasimi keçirilir və rusiyalı müğənninin bu ağır günlərdə İrəvanda konsert verməsi ictimaiyyətin narazılığına səbəb ola bilər. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR