Mart ayında hava mülayim keçəcək - PROQNOZ

Mart ayına olan hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.

 

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək isti, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bir qədər yüksəkdir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR