Azərbaycan Ordusu daha bir şəhid verib

Azərbaycan Ordusu daha bir şəhid verib. Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılıb. Bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq, şəhid olub.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR