“Brent” neftinin qiyməti 57 dolları keçdi

Dünya bazarında neft yenidən bahalaşır. APA TV-nin xəbərinə görə, son 24 saat ərzində “Brent” markalı neftin qiyməti 57 dollar həddini ötüb. Bu markadan olan neft bir müddət 57,05 dollardan satılıb, sonradan ABŞ-dan gələcək xəbərlərin təsiri altında qiymətlər nisbətə ucuzlaşıb.

 

Qərbi Texas nefti də aylıq maksimumu yeniləyib. Axşam hərraclarında WTİ markalı neftin bir bareli 54,56 dollardan satılıb ki, bu da illik maksimum qiymətdən cəmi 68 sent ucuzdur.

 

Birjalarda qiymətlərin dinamikası göstərir ki, bazar iştirakçıları üçün OPEK-in gündəlik hasilatı azaltmaq qərarı ABŞ-ın neft ehtiyatlarının artması faktından daha dəyərlidir. OPEK iyuna kimi sutkalıq hasilatı 1,8 milyon barel azaltmağı planlaşdırır, analitiklər kartelin bu hədəfə nail olma ehtimalını 92 faiz qiymətləndirirlər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR