BMT-nin baş katibi Qarabağda atəşkəsi bərpa etməyə çağırdı

BMT-nin baş katibi Antoniu Quterreş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır.

 

APA TV-nin məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib.

 

"Baş katib tərəfləri atəşkəs rejiminə əməl etməyə və tezliklə danışıqları bərpa etməyə çağırır”, - deyə S.Düjarrik qeyd edib.

 

O həmçinin vurğulayıb ki, Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınmasına yönələn səylərini birmənalı olaraq dəstəkləyir. 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR