Bakıda yüksək dozada narkotik qəbul edən iki nəfər öldü

Bakıda yüksək dozada narkotik qəbul edən şəxslər ölüb.

 

APA TV-nin məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Şahbazi küçəsi ev 100, mənzil 16 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yerləşən Rauf Ələkbərova məxsus evə qonaq gələn tanışları - 1975-ci il təvəllüdlü Emil Söhrab oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Seymur Fərrux oğlu Baxmanov yüksək dozada narkotik qəbul ediblər. Nəticədə hər iki şəxs dünyasını dəyişib.

 

Ev sahibi R.Ələkbərov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR