Tramp "iflas kralı"nı maliyyə naziri postuna gətirir
Senat ABŞ-ın yeni maliyyə nazirinin adını açıqlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu amerikalı milyarder Uilbur Rossdur.
Proses tam yekunlaşmasa da Rossun bu posta gətirilməsinin lehinə parlamentarların 50 faizdən çoxu səs verib.
78 yaşlı milyarder "W. L. Ross & Co" kampaniyasının təsisçisidir. O, daha çox müflis olmuş şirkətləri sonra baha qiymətə satmaq məqsədilə alıcısı kimi məşhurlaşıb. Buna görə Ross ABŞ-da "iflas kralı" ləqəbi ilə tanınır.
"Forbes" Rossun varidatını 2,5 milyard dollar həcmində müəyyənləşdirib. O, son prezident seçkiləri zamanı Donald Trampa ən çox dəstək verən şəxslər arasında olub.
OXŞAR XƏBƏRLƏR
11:02
186
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
908
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1016
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1012
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1175
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1243