Dolların kursu dəyişmədi

Azərbaycan Mərkəzi Bankı fevralın 24-ü üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, dolların rəsmi məzənnəsi dəyişməyərək 1,7475 manat səviyyəsində müəyyən olunub.

 

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası artaraq 1,8505 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1725 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.

 

Rusiya rublu və Gürcüstan larisi bahalaşıb, Türkiyə lirəsi isə ucuzlaşıb. Hazırda 1000 rubl 30 manat 20 qəpik, 100 lirə 48 manat 43 qəpik, 100 lari isə 67 manat 93 qəpikdir.
 

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR