Trampdan etiraf: “Yaxın Şərqdə boş yerə 6 trilyon dollar xərcləmişik”

ABŞ-ın yeni büdcəsinin tərtibində prezident Donald Tramp müdafiə xərclərini 54 milyard dollar artıracaq. APA TV-nin məlumatına görə, Donald Tramp bunu Ağ Evdə qubernatorlarla görüşdə bəyan edib. “Biz az xərcləyərək daha çox iş görmək niyyətindəyik. Biz bu ölkəni möhkəmləndirəcəyik”, - D.Tramp deyib.

 

O, həmçinin ABŞ-da infrastrukturun müasirləşdirilməsi istiqamətində xərcləri artırmaq, prioriteti az olan layihələrə isə maliyyə vəsaitlərini azaltmaq barədə vəd verib.  

 

Donald Tramp onu da bildirib ki, ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara 6 trilyon dollar xərcləyib, amma heç nəyə nail olmayıb. “Biz Yaxın Şərqdə 17 il döyüşmüşük, 6 trilyon dollar xərcləmişik, amma heç nəyə nail ola bilməmişik. Bu qəbuledilməzdir”, deyə D.Tramp qeyd edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR