Bazarda qadının pulunu əlindən alıb qaçan şəxs yaxalandı
Lənkəran şəhər mərkəzi bazarında soyğunşuluq hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, Liman şəhər sakini, 37 yaşlı Məmməd Məmmədəli oğlu Tağıyev bazara alış-veriş etməyə gələn Nanəbəyim Əjdər qızı Əhədovanın əlindən 230 manat pulunu qopararaq, qaçıb. Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs elə bazar ərazisində yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Müstəntiq Mirqasım Kazımov deyib ki, bazardakı polis əməkdaşları tərəfindən Tağıyev yaxalanıb və polis şöbəsinə aparılıb. İlkin dindirilmə zamanı Məmməd Tağıyev törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI