Cəlilabadda "Jiquli" benzindaşıyan maşınla toqquşdu: 4 yaralı

Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

 

Cəlilabad rayonunun Maşlıq kənd sakini Nazim Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn benzindaşıyan avtomobillə toqquşub.

 

Qəza nəticəsində sürücü daxil olmaqla minik maşınında olan sərnişinlər - Ceyhun, Könül və İradə Nəsirovlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.

 

Fakt araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR